Superliqanın rəhbəri qurucu klubların hazırkı Çempionlar Liqasından kənarlaşdırılmayacağına əmindir

20-04-2021, 07:58           
Superliqanın rəhbəri qurucu klubların hazırkı Çempionlar Liqasından kənarlaşdırılmayacağına əmindir
Futbol üzrə Superliqanın qurucu klubları hazırkı Çempionlar Liqası və ölkə çempionatlarından kənarlaşdırılmayacaq.

Trend-in məlumatına görə, bu barədə Madridin "Real" klubunun prezidenti və Superliqanın rəhbəri Florentino Peres bildirib.

F.Peres qeyd edib: "UEFA-da çaşqınlıq yaranıb və inhisarçılığı mülk ilə qarışdırırlar. Əminəm ki, klublar hazırkı Çempionlar Liqasından və ya milli liqalardan kənarlaşdırılmayacaqlar".

Qeyd edək ki, aprelin 19-a keçən gecə Avropanın 12 ən yaxşı klubu Superliqanın yaradıldığını elan edib. Bunlar İngiltərənin "Mançester Unayted", "Mançester Citi", "Tottenhem", "Liverpul", "Çelsi" və "Arsenal", İspaniyanın "Barselona", "Atletiko" və "Real", İtaliaynın "Milan", "Inter" və "Yuventus" klublarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru