Super Liqada təmsilçilik "Mançester Yunayted"də böyük narazılığa səbəb oldu

20-04-2021, 07:59           
Super Liqada təmsilçilik "Mançester Yunayted"də böyük narazılığa səbəb oldu
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçuları Avropa Super Liqasının yaradılmasından və komandanın bu turnirdə təmsil olunması haqqında bəyanatından narazı qalıblar.

“Report” xəbər verir ki, bu barədə “Daily Express” bildirib.

Məlumata görə, oyunçular onlara klubun belə bənayatla çıxış edəcəyi barədə məlumat verilməməsindən son dərəcə qəzəbləniblər. Komandanın icraçı direktoru Ed Vudvord futbolçularla görüş keçirib, lakin onları tamamilə sakitləşdirməyə müvəffəq olmayıb.

Qeyd edilir ki, yeni yarışla bağlı Avropa Super Liqası klublarının futbolçularından ilk narazılığı məhz "Mançester Yunayted" oyunçusu Brunu Fernandeş ifadə edib.

Aprelin 19-da İngiltərənin "Mançester Yunayted", "Liverpul", "Mançester Siti", "Arsenal", "Çelsi", "Tottenhem", İspaniyanın "Barselona", "Real Madrid", "Atletiko", həmçinin İtaliyanın "İnter", "Milan" və "Yuventus" komandaları rəsmən Super Liqada birləşmələri barədə bildiriblər. Yeni Liqada 20 komandanın iştirakı planlaşdırılır, onlardan 15-i daimi əsasda çıxış edəcəklər.

Super Liqanın rəhbəri Florentino Peres daha əvvəl bildirib ki, Super Liqanın yaradılmasının əsəs məqsədi dünya futbolunu xilas etməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru