FİFA koronavirusa görə AFFA-ya 7 milyon dollar ayırdı

21-05-2021, 22:09           
FİFA koronavirusa görə AFFA-ya 7 milyon dollar ayırdı
FIFA koronavirus pandemiyası ilə əlaqədar zərərə uğrayan milli federasiyalara dəstək olaraq, 1,5 milyard ABŞ dolları ayırıb.

Bu barədə ali futbol təşkilatının prezidenti Canni İnfantino qurumun konqresində bildirib.

"Şadam ki, FIFA sizə kömək etdi. Bu, dünya idmanında unikal nümunədir. Vəsait öz ehtiyatlarımızdan götürülüb, kənardan dəstək almamışıq. Ehtiyatlarımız isə son illər peşəkarcasına işləməyimiz nəticəsində yaranıb", - deyən isveçrəli funksioner "Bunlar FIFA-nın yox, sizin pullarınızdır. Onlar sizə lazımdırsa, FIFA kömək edər", - vurğulayıb.

İnfantino həmçinin bildirib ki, gələn il təşkilatın gəliri 6,44 milyard ABŞ dollarına yüksələ bilər.

Qeyd edək ki, FIFA 1,5 milyard dolları 211 üzv federasiya, o cümlədən, AFFA-ya bərabər şəkildə bölüb. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru