“Atletiko Madrid” 11-ci dəfə İspaniya çempionu oldu

23-05-2021, 00:04           
“Atletiko Madrid” 11-ci dəfə İspaniya çempionu oldu
"Atletiko" klubu tarixində 11-ci dəfə İspaniya çempionu olub.

Pravda.az-ın məlumatına görə, Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv buna La Liqanın sonuncu - XXXVIII turunda nail olub. Səfərdə "Valyadolid"ə 2:1 hesabı ilə qalib gələn "matrasçılar" xalını 86-ya yüksəldib. Hesabı 18-ci dəqiqədə meydan sahiblərindən Oskar Plano açsa da, Anxel Korrea 57-ci, Luis Suares isə 67-ci dəqiqədə fərqlənərək, madridlilərin əzmkar qalibiyyəti təmin edib.

Paytaxtın digər təmsilçisi "Real Madrid"i isə evdə "Vilyarreal"a eyni hesabla qalib gələrək, liderdən 2 xal geri düşüb və gümüş medala sahib olub. Bu görüşdə də hesabı rəqib komandadan Yeremi Pino 20-ci dəqiqədə açıb. 58-ci dəqiqədə Kərim Benzemanın topu VAR sisteminə müraciət edildikdən sonra hesaba alınmasa da, 87-ci dəqiqədə o, rəsmən qol müəllifi olub. Qələbə topunu isə 90+2-ci dəqiqədə Luka Modriç vurub.

Bürünc medalı isə bu tur səfərdə "Elçe"ni 1:0 hesabı ilə məğlub edən "Barselona" 79 xalla əldə edib. Yeganə qolun müəllifi 81-ci dəqiqədə Antuan Qrizmann olub.

Qeyd edək ki, "Atletiko" sonuncu dəfə 2013/2014 mövsümündə İspaniya çempionluğu qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru