Azərbaycan Kuboku: Final matçının təyinatları açıqlandı
23-05-2021, 07:15
Azərbaycan Kubokunun final görüşünün bütün təyinatları müəyyənləşib.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, mayın 24-də "Bank Respublika Arena"da "Keşlə" və "Sumqayıt" komandaları arasında keçiriləcək görüş FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
Azərbaycan Premyer Liqasında son turun "Neftçi" - "Qarabağ" matçının baş hakimi olmuş digər beynəlxalq dərəcəli hakim Elçin Məsiyev bu dəfə dördüncü hakim funksiyasını yerinə yetirəcək.