Ronald Kuman "Barselona"dakı gələcək fəaliyyətindən danışdı

23-05-2021, 07:37           
Ronald Kuman "Barselona"dakı gələcək fəaliyyətindən danışdı
İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi Ronald Kuman klubda gələcək fəaliyyəti barədə suala cavab verib.

“Report”un məlumatına görə, bu barədə “Goal” məlumat yayıb.

"Düşünürəm ki, bu, "Barselona"da son oyunum deyil. Mənim müqaviləm var və bilmirəm ki, sonra nə edəcəyik. Siz bu mövzuda çox danışırsınız, amma mən narahat deyiləm. Əgər klubun dəyişdirməli olduğu nəsə varsa, o, mənimlə danışmalıdır", - Kuman deyib.

Qeyd edək ki, İspaniya çempionatının qalibi "Atletiko" olub. Klub 38 görüşdə 86 xal yığıb. "Real Madrid" turnir cədvəlində ikinci yerə qərarlaşıb. Komandanın 84 xalı var. Siyahıda üçüncü yerdə "Barselona" mövqe tutub. Komanda 79 xal toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru