Karlo Ançelotti "Real Madrid"in baş məşqçisi təyin edilib
2-06-2021, 06:16
İtaliyalı Karlo Ançelotti İspaniyanın "Real" futbol klubunun baş məçqçisi seçilib.
Trend-in "TASS"a verdiyi məlumata əsasən, bu barədə madrid komandasının mətbuat xidməti bildirib.Müqavilə 3 illik nəzərdə tutulub.Ançelotti 27 mayda baş məşqçi yerini tərk etmiş Zinəddin Zidanı əvəz edəcək.
Ançelotti "Real"da 2013-2015 ci illərdə komandası ilə İspaniya Kubokunu ,Çempionlar Liqasını, UEFA Super kubokunu və dünya klubları çempionatını qazanmışdır.