Millimiz son dəqiqə qolu ilə qələbə qazandı - Video

3-06-2021, 06:07           
Millimiz son dəqiqə qolu ilə qələbə qazandı - Video
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb.

Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Belarusla qarşılaşıb. Minskdəki “Dinamo” stadionunda keçirilən oyunda ilk hissədə qapılara qol vurulmayıb. İkinci hissədə meydan sahibləri hesabı açsa da, millimiz matçda geridönüş edə bilib. Bədavi Hüseynov və Ramil Şeydayevin vurduğu qollar yığmamıza 2:1 hesablı qələbə qazandırıb.

Azərbaycan millisi bundan əvvəlki yoxlama oyununda Türkiyəyə 1:2 hesabıyla uduzub.

Yoxlama oyunu

2 iyun

20:00. Belarus – Azərbaycan - 1:2

Qol: M.Skaviş, 56 - Bədavi Hüseynov, 73, Ramil Şeydayev, 90+1

Minsk. “Dinamo” stadionu.

Belarus: 12. Pavlyuçenko, 2. Peçenin. 3. Şvetsov, 4. Volodko, 5. Bıkov, 6. Xadarkeviç, 9. Ebonq (k), 11. Skaviş, 13. Zolotov, 14. Yablonski, 20. Antilevski

Ehtiyat oyunçular: 1. Çiçkan, 16. Vasilyuşek, 7. Şevçenko, 8. Zayats, 10. Qreçixo, 15. Yuzepçuk, 17. Solovey, 18. Sedko, 19. Podstrelov, 21. Klimoviç, 22. Neçayev, 23. Şevçenko

Azərbaycan: 1. Emil Balayev, 18. Anton Krivotsyuk, 4. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 21. Toral Bayramov, 7. Namik Ələskərov, 9. Əli Qurbani

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Şəhriyar Əliyev, 16. Elvin Camalov, 17. Elvin Cəfərquliyev, 19. Anatoliy Nuriyev, 20. İsmayıl İbrahimli, 22. Rüstəm Əhmədzadə

Bədavi Hüseynovun bərabərlik qolu

Ramil Şeydayevin 90+1-ci dəqiqədə vurduğu qol













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru