Güləş federasiyasından biabırçı qərar - Fotolar

3-06-2021, 09:34           
Güləş federasiyasından biabırçı qərar - Fotolar
Mayın 27-də Bolqarıstanın paytaxtı Sofiyada 15 yaşlı güləşçilər arasında Avropa çempionatı start götürüb. “Qafqazinfo” xəbər verir ki, qitə birinciliyində Azərbaycan yığması güləşin hər iki növündə təmsil olunmalı idi.

Lakin yunan-Roma güləşçilərimiz çempionata qatılsa da, sərbəst güləşçilərimiz iştirak etməyib. Maraqlıdır ki, çempionatdan əvvəl Azərbaycan Güləş Federasiyası sərbəst güləşçilərimizin iştirak vərəqəsini göndərib.

Lakin sonradan bəlli olmayan səbəbdən güləşçilərimiz AÇ-yə yollanmayıb.

Nəticədə komandamızın üzvlərinə texniki məğlubiyyət verilib.

Sərbəst güləşçilərimiz Emin Cavadlı, Turan Daşdəmirov, Nurlan İbadzadə, Murad Əliyev, Elşad Abbasov yarışı iştirak etmədən məğlubiyyətlə başa vurublar. Sonda Azərbaycan yığması turniri 0 xalla başa vurub.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru