Bu gün Azərbaycan Qran-prisi başlayır

4-06-2021, 07:45           
Bu gün Azərbaycan Qran-prisi başlayır
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

"Report"un məlumatına görə, sayca beşinci dəfə təşkil olunacaq yarışın birinci günündə "Formula 2"də sərbəst yürüş və sıralama turu, "Formula 1"də isə 2 sərbəst yürüş gerçəkləşəcək.

Qran-priyə "Formula 2" pilotlarının sərbəst yürüşləri ilə start veriləcək. Günün sonunda "Formula 1"də ikinci sərbəst yürüş başa çatmış olacaq.

İyunun 5-də "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

İyunun 6-da ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Koronavirus pandemiyası səbəbindən Qran-prilərdə şou və əyləncə proqramları keçirilmir.

İlk 5 mərhələdən sonra "Red Bull"un sürücüsü Maks Ferstappen 105 xalla birinci, "Mercedes"dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü 56 xalla "McLaren"in pilotu Lando Norris qapayır.

Komanda hesabında da "Red Bull" 149 xalla bütün rəqiblərini qabaqlayıb. "Mercedes" 148 xalla ikinci, "McLaren" 80 xala üçüncü sırada yer alıb.

Azərbaycan Qran-prisinin proqramı
4 iyun
"Formula-2"
Saat. 10:25-11:10 - Sərbəst yürüş

"Formula-1"
Saat. 12:30-13:30 - I sərbəst yürüş

"Formula-2"
Saat. 14:30-15:00 – Sıralama turu

"Formula-1"
Saat. 16:00-17:00 - II sərbəst yürüş

5 iyun
"Formula-2"
Saat. 11:25-12:15 – Sprint yarışı

"Formula-1"
Saat. 13:00-14:00 - III sərbəst yürüş

"Formula-1"
Saat. 16:00-17:00 - Sıralama turu

"Formula-2"
Saat. 17:40-18:30 – Sprint yarışı

6 iyun

"Formula-2"
Saat. 12:45-13:50 - Əsas yarış

“Formula-1”
Saat. 14:10-14:50 – Pilotların təqdimatı
Saat. 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat. 16:00-18:00. Əsas yarış












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru