Braziliya yığması ev sahibliyi etdiyi Amerika Kubokunda iştirakdan imtina edə bilər

4-06-2021, 07:53           
Braziliya yığması ev sahibliyi etdiyi Amerika Kubokunda iştirakdan imtina edə bilər
Braziliyanın futbol üzrə yığma komandası ev sahibliyi etdiyi Amerika Kubokunda iştirakdan imtina edə bilər.

Trendin xəbər verir ki, bu barədə "Globoesporte" portalı məlumat yayıb.

Portalın məlumatına əsasən, müvafiq tələblə Avropa klublarında oynayan Braziliya milli komandasının oyunçuları çıxış ediblər. Məsələ futbolçuların, məşqçilər heyətinin və Braziliya Futbol Konfederasiyasının rəhbərliyinin iclasında müzakirə edilib.

Ötən gün mətbuat konfransı zamanı braziliyalıların baş məşqçisi Tite bildirib ki, bu mövzu ilə bağlı dəqiq fikrlərini Braziliya Futbol Konfederasiyasının prezidentinə çatdırıblar: "Lakin biz bu mövqeyi hələki ictimaiyyətə açıqlamayacağıq".

Onun sözlərinə görə, indi yığma komanda iyunun 5-i Ekvadora və iyunun 9-u Paraqvaya qarşı keçiriləcək iki oyun barədə düşünməlidir: "Bu iki oyundan sonra fikirlərimi bölüşəcəyəm, <...> vaxtı gələndə onlar [oyunçular] da öz sözlərini deyəcəklər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru