“Formula-1”: İkinci yarış günündə ilk qaliblər bilinəcək
5-06-2021, 07:12
“Formula-1” üzrə Azərbaycan Qran-prisi davam edir.
Apasport.az saytının məlumatına görə, mövsümün altıncı mərhələsinin ikinci günündə ilk qaliblər müəyyənləşəcək.
“Formula-2”də birinci yarışın ən sürətliləri bəlli olacaq.
Qran-prinin ikinci günündə “Formula-1” pilotları isə 2 dəfə trekə çıxacaqlar. Onlar öncə üçüncü – sonuncu sərbəst yürüşdə məşq edəcəklər. Ardınca sıralama turunda mübarizə aparacaq iştirakçılar əsas yarış üçün mövqelərini dəqiqləşdirəcəklər.
Azərbaycan Qran-prisi 5 iyun 11:25-12:15. “Formula-2”. Sprint yarışı 13:00-14:00. “Formula-1”. Üçüncü sərbəst yürüş 16:00-17:00. “Formula-1”. Sıralama turu 17:40-18:30. “Formula-2”. Sprint yarışı