İdmançılar enerji içkiləri ilə bağlı yanlış mesaj verir

5-06-2021, 07:55           
İdmançılar enerji içkiləri ilə bağlı yanlış mesaj verir
Tanınmış şəxslərin enerji içkilərinin təbliğatında iştirakı məsələsi, xüsusilə də idmançıların bu içkiləri qəbul edərək güclənməsi istehlakçı mövqeyindən yanlış mesajdır.

Teref.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov danışıb.

O bildirib ki, xüsusilə də bu içkilər idmançılar üçün təhlükəlidir:

“Elmi araşdırmalar göstərir ki, ən çox ölüm halları idmançılar arasında baş verir. Çünki həddən artıq istehlak, qısa müddətdə gərgin enerji sərfiyyatı nəticədə insan orqanizmində riskli vəziyyət yaradır və ölüm hallarına gətirib çıxarır”.

Aparat rəhbəri qeyd edib ki, bu cəhətdən xüsusilə idmançılar mövcud nüanslara diqqət yetirməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru