Azərbaycanın peşəkar boksçusu Moskvada qələbə qazandı
13-06-2021, 09:36
Peşəkarlar arasında keçirilmiş döyüşdə boksçumuz Fuad Tarverdi ilk qələbəsini qazanıb.
Bizim.Media xəbər verir ki, Əməkdar məşqçi Rəhim Allahverdiyevin yetirməsi Moskvada keçirilmiş döyüşdə qırğızıstanlı Saymik Mamadaliyevi üçüncü raundda texniki nokautla məğlub edib.
Qeyd edək ki, Fuad Tarverdi “Qızıl əlcək” idman klubunun üzvüdür.