AVRO-2020: Bu gün daha üç qarşılaşma baş tutacaq - AFİŞA 13-06-2021, 12:16 Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avro-2020 davam edir. Oxu.Az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutacaq.Əvvəlcə D qrupu çərçivəsində İngiltərə və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Günün ikinci matçı C qrupunda Avstriya və Şimali Makedoniya yığmaları arasında baş tutacaq.Həmin qrupun digər oyununda isə Niderland və Ukrayna milli komandaları qarşılaşacaq.AÇ-202013 iyunD qrupu17:00. İngiltərə – XorvatiyaBaş hakim: Daniele Orsato (İtaliya).London. “Uembli” stadionu.C qrupu20:00. Avstriya – Şimali MakedoniyaBaş hakim: Andreas Ekberq (İsveç).Buxarest. Milli stadion.23:00. Niderland – UkraynaBaş hakim: Feliks Brıx (Almaniya).Amsterdam. Yohan Kroyff Arena. Facebook-da paylaş