Məşhur boksçu karyerasını başa vurdu

14-06-2021, 07:35           
Məşhur boksçu karyerasını başa vurdu
WBA (Ümumdünya Boks Assosiasiyası) və WBC (Ümumdünya Boks Şurası) versiyaları üzrə superağır çəkidə keçmiş müvəqqəti dünya çempionu Aleksandr Povetkin idmançı karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə 41 yaşlı peşəkar boksçunun özü açıqlama verib. "İllər aldığını alır. Karyeramı bitirməyi qərara aldım" deyə Povetkin bildirib.

Daha əvvəl o, koronavirus keçirməsi səbəbindən damar sistemində ciddi problemlərin aşkarlandığını söyləyib.

Qeyd edək ki, Aleksandr Povetkin 2004-cü il Afina Yay Olimpiya Oyunlarında 91 kq-dan yuxarı çəkidə qızıl medal qazanıb. O həm də dünya və ikiqat Avropa çempionudur. Povetkin WBC versiyası üzrə keçmiş müvəqqəti dünya çempionu (2020 - 2021), WBA versiyası üzrə müntəqəm dünya çempionu (2011 - 2013), WBC Silver (2014—2016), WBO International (2017—2018) və WBA Inter-Continental (2017—2018) kəmərlərinin sahibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru