Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirin qalibi oldu

14-06-2021, 21:18           
Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirin qalibi oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinin qalibi olub.

Operativ24.Az xəbər verir ki, 36 yaşlı qrossmeyster son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib.

Xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla "sülh"ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru