Zidanla jurnalist arasında İNSİDENT YAŞANIB

15-06-2021, 00:05           
Zidanla jurnalist arasında İNSİDENT YAŞANIB
Madrid “Real”ının sabiq məşqçisi Zinəddin Zidanla jurnalist arasında insident yaşanıb.

Fransız mütəxəssis ötən gün “Rayo Valyekano” klubunda qapıçı kimi meydana çıxan oğlu – Luka Zidanın oyununa tamaşa etmək üçün stadiona yollanıb.

Stadiona girişdə jurnalistlərdən biri Z.Zidana “Real”ı tərk etməsi barədə sual ünvanlayıb.

Öz növbəsində 48 yaşlı futbol mütəxəssisi jurnalistin sualına kobud cavab verib:

“Mənə eyni məzmunda axmaq sualları verməyə davam edəcəksiz? Sənin gördüyün iş rüsvayçılıqdan ibarətdir”, - əsəbi halda Z.Zidan qeyd edib.//Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru