“Neftçi”nin viza problemi ilə üzləşmiş futbolçuları bilindi - ADLAR

15-06-2021, 19:25           
“Neftçi”nin viza problemi ilə üzləşmiş futbolçuları bilindi - ADLAR
Azərbaycan çempionu “Neftçi”nin hansı futbolçularının viza problemi ilə üzləşdiyi bəlli olub.

Oxu.Az-ın xəbərinə görə, bunlar afrikalı futbolçular – seneqallı Mamadu Mboc, nigeriyalı Yusuf Laval və qvineyalı Mamadu Kanedir.

Mərakeş əsilli Sabir Buqrin isə Belçika vətəndaşı olduğundan, onun Şengen vizasına ehtiyacı yoxdur.

Sözügedən üç futbolçuya Sloveniyaya təlim-məşq toplanışına getmək üçün viza açılmadığından, komanda ora iki gün daha gec getməli olacaq. Belə ki, pandemiya səbəbindən vizaların alınmasında məhdudiyyətlər yaranıb.

Qeyd edək ki, “Neftçi” ilkin plana əsasən Sloveniyada 16-30 iyun tarixlərində təlim-məşq toplanışı keçməli idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru