Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri açıqlandı

16-06-2021, 09:04           
Konfrans Liqası:
Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində gerçəkləşəcək tədbir Bakı vaxtı ilə 15:30-da başlayacaq.

Azərbaycan təmsilçilərindən "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də mümkün rəqibləri bəlli olacaq. Ağdam təmsilçisi püşkə səpələnmişlər, digər ikisi isə səpələnməmişlər səbətində yer alıb. Bu isə o deməkdir ki, "Qarabağ" "Keşlə" və "Sumqayıt"a nisbətən daha zəif rəqiblə qarşılaşacaq.

UEFA püşdən əvvəl komandaları qruplara bölüb. I qrupda yer alan "Sumqayıt"ın mümkün rəqibləri Kiprin "Apollon", İsrailin "Hapoel" (Beer-Şeva), Serbiyanın "Çukariçki", Rumıniyanın "Styaua" və Ukraynanın "Vorskla Poltava" klubudur.

II qrupdakı "Keşlə" Kiprin "AEL Limassol", Türkiyənin "Sivasspor", Rusiyanın "Soçi", Qazaxıstanın "Astana", İsrailin "Makkabi" (Təl-Əviv) klublarından biri ilə görüşəcək.

VI qrupdakı "Qarabağ" isə nisbətən zəif komandalarla qarşılaşmaq şansına malikdir. Ağdam təmsilçisi "Velej Mostar" (Bosniya və Herseqovina) - "Kolreyn" (Şimali İrlandiya), "Payde" (Estoniya) - "Şlyonsk" (Polşa), "Laçi" (Albaniya) - "Buduçnost! (Monteneqro) cütlərinin qalibi və İsrailin "Aşdod", həmçinin Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klublarından biri ilə qarşılaşacaq.

Konfrans Liqasının II təsnifat mərhələsində Çempionlar yolu və Əsas yol olacaq. Çempionlar Liqasının (ÇL) ilkin mərhələsində mübarizəni davam etdirməyən 3 komanda və ÇL-in I təsnifat mərhələsində uduzan kollektivlər yollarına Konfrans Liqasının II təsnifat mərhələsindən davam edəcək.

Azərbaycan çempionu "Neftçi" ÇL-in I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna uduzsa, Konfrans Liqasının II təsnifat mərhələsində oynayacaq.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.

07:10
Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində gerçəkləşəcək.

Azərbaycan təmsilçilərindən "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də mümkün rəqibləri bəlli olacaq. Ağdam təmsilçisi püşkə səpələnmişlər, digər ikisi isə səpələnməmişlər səbətində yer alıb. Bu isə o deməkdir ki, "Qarabağ" "Keşlə" və "Sumqayıt"a nisbətən daha zəif rəqiblə qarşılaşacaq.

Konfrans Liqasının II təsnifat mərhələsində Çempionlar yolu və Əsas yol olacaq. Çempionlar Liqasının (ÇL) ilkin mərhələsində mübarizəni davam etdirməyən 3 komanda və ÇL-in I təsnifat mərhələsində uduzan kollektivlər yollarına Konfrans Liqasının II təsnifat mərhələsindən davam edəcək.

Bu isə o deməkdir ki, Azərbaycan çempionu "Neftçi" ÇL-in I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna uduzsa, Konfrans Liqasının II təsnifat mərhələsin oynayacaq.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.