Mahir Emreli “Legiya”dakı ilk matçında het-trik etdi

18-06-2021, 05:52           
Mahir Emreli “Legiya”dakı ilk matçında het-trik etdi
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa “Legiya”sının heyətində ilk oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, 24 yaşlı hücumçu Avstriya Regional Liqasının Zalsburq bölgəsində çıxış edən “Bişofşofen” ilə yoxlama matçının start heyətində yer alıb.

O, ilk yarıda üç dəfə rəqib qapısına yol tapmağı bacarıb. Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.

Emreli 60-cı dəqiqədə əvəzlənib. Oyun isə komandasının 5:0 hesablı darmadağını ilə yekunlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru