AVRO-2020: Çexiya, Slovakiya və İngiltərə 1/8 finala vəsiqəni rəsmiləşdirə bilər
18-06-2021, 06:33

AVRO-2020-nin qrup mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün II tur çərçivəsində daha üç oyun keçiriləcək.
Öncə E qrupunda tura start veriləcək. Qrupu sürpriz lideri Slovakiya İsveçlə üz-üzə gələcək. İlk matçında Polşaya qalib gələn slovakiyalılar qələbə qazansa, 1/8 finala yüksələcək.
Digər iki qarşılaşma D qrupunda təşkil olunacaq. İlk turda qalib gələn komandalar xala həsrət rəqiblərini sınağa çəkəcək.
Xorvatiya ilk xallarını Çexiya ilə görüşdə qazanmaq üçün mübarizə aparacaq. Balkanlılar məğlub olsa, bu nəticə çexiyalıları 1/8 finala daşıyacaq.
İngiltərə də növbəti üç xalla qrupdan çıxa bilər. Bunun üçün futbolun yaradıcıları Böyük Britaniya derbisində Şotlandiyanı yenməlidir.
Qeyd edək ki, tura iyunun 19-da yekun vurulacaq. Turun ilk iki günündə İtaliya, Belçika və Niderland 1/8 finala vəsiqə qazanıb.
AVRO-2020
II tur, 18 iyun
E qrupu
17:00. İsveç - Slovakiya
Baş hakim: Daniel Zibert (Almaniya)
“Sankt-Peterburq” stadionu
D qrupu
20:00. Xorvatiya - Çexiya
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Qlazqo. “Hampden Park” stadionu
23:00. İngiltərə - Şotlandiya
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
London. “Uembli” stadionu