Azərbaycan güləşçisi ermənini tatamiyə çıxmağa peşman etdi - 8:0

19-06-2021, 17:21           
Azərbaycan güləşçisi ermənini tatamiyə çıxmağa peşman etdi - 8:0
Azərbaycanın daha beş yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında mübarizəyə qoşulub.

Yenisabah.az xəbər verir ki, bunlardan 60 kq-da mübarizə aparan Fərid Xəlilov təsnifat mərhələsində Rati Xozrevanidzeni (Gürcüstan) 13:5 hesabı ilə məğlub edib.

Daha sonra moldovalı Oleq Bajuranı üstələyən idmançı 1/4 finalda Ermənistan təmsilçisi Rostom Makiçyana heç bir şans verməyib – 8:0. Xəlilov yarımfinalda Enes Ülkü (Türkiyə) ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) bürünc medal qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru