AVRO-2020-də sensasiya: Fransa Macarıstanla bacarmadı

19-06-2021, 19:14           
AVRO-2020-də sensasiya:
Futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

Bizim.Media xəbər verir ki, turnirin favoritlərindən Fransa millisi Macarıstanla qarşılaşıb. Budapeştdəki "Puşkaş Arena"da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu macarlar vurublar. Attila Fiola ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə rəqibi məyus edib.

Birinci yarı bu hesabla yekunlaşıb. İkinci hissədə hücumların kəsərini artıran fransızlar 66-cı dəqiqədə tarazlığı bərpa ediblər. Antuan Qrizmann qapıçının qaytardığı topu dəqiq zərbə ilə tora göndərib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Fransa millisi liderliyə yüksəlib. İlk xalını qazanan Macarıstan yığması isə 3-cü pilləyə qalxıb.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Almaniya yığmaları üz-üzə gələcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru