Almaniya Portuqaliyanı 4 qolla məğlub etdi

19-06-2021, 22:25           
Almaniya Portuqaliyanı 4 qolla məğlub etdi
Futbol üzrə Avropa çempionatının F qrupunda II turun növbəti oyunu keçirilib.

KONKRET.az-ın məlumatına görə, günün maraqla gözlənilən matçında son çempion Portuqaliya Almaniya ilə üz-üzə gəlib.

Münhendəki eyniadlı stadionda keçirilmiş qarşılaşma Bundestimin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 15-ci dəqiqədə açılıb. Kriştianu Ronaldu Portuqaliyanı önə keçirib. 35-ci və 39-cu dəqiqələrdə onun komanda yoldaşları Ruben Diaşla, Rafael Gerreyru avtoqol müəllifi olub. İlk hissə Almaniyanın 2:1 hesablı üstünlüyü ilə bitib.

51-ci dəqiqədə Kay Haverts, 60-cı dəqiqədə isə Robin Qosens fərqi daha da artırıb. 7 dəqiqə sonra Diequ Jota Portuqaliyanın ikinci qoluna imza atıb.

Bu nəticədən sonra F qrupuna 4 xalla Fransa başçılıq edir. Almaniya və Portuqaliya 3 xalla 2-3-cü yerləri bölüşdürür. Macarıstan isə 1 xalla sonuncudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru