Boksçumuz erməniyə qalib gəlib yarımfinala yüksəldi

22-06-2021, 07:06           
Boksçumuz erməniyə qalib gəlib yarımfinala yüksəldi
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib.

"Report" xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin 3 üzvü yarımfinal uğrunda mübarizə aparıb.

İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan), ardınca Maqomed Şamsayevə (Rusiya) qalib gələn Ruslan Rüstəmov 1/4 finalda David Gevorqyanla (Almaniya) üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçu gərgin keçən döyüşdə erməni əsilli rəqibini 3:2 (29:27, 28*:28, 27:29, 26:30, 29:27) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Rüstəmov finala vəsiqə üçün israilli Ahmad Ştivi ilə qarşılaşacaq. Görüş iyunun 22-də olacaq.

Ondan fərqli, Maqsud Xasmetov (56 kq) rusiyalı Aleksey Kiselyevə 2:3 (29:28, 28:29, 27:30, 27:30, 29:28), Mirəşrəf Kazımzadə (75 kq) ukraynalı Boqdan Tolmaçova 1:4 (30:27, 27:30, 27:30, 28:29, 27:30) hesabı ilə məğlub olaraq, medalın bir addımlığında büdrəyib.

Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 000 ABŞ dollar mükafat fondu olan çempionatın qalibi 8 000, gümüş medalçısı 4 000, 3-cü yerin sahiblərinin hərəsi 2 000 ABŞ dolları qazanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru