Ronaldodan cənubi azərbaycanlı futbolçuya CAVAB

24-06-2021, 17:22           
Ronaldodan cənubi azərbaycanlı futbolçuya CAVAB
Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo cənubi azərbaycanlı keçmiş hücumçu Əli Daeiyə təşəkkür edib.

KONKRET.az xəbər verir ki, 36 yaşlı forvard İran yığmasının sabiq futbolçusunun onun haqqında yazdıqlarına münasibət bildirib.

Ronaldo bu barədə instaqram hesabındakı paylaşımında yazıb:

“Həqiqi çempionlar daim çempion kimi qalır. Sizin kimi nəhəng birindən bu sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei”.

Qeyd edək ki, Kriştiano Ronaldo F qrupunun sonuncu görüşündə Fransa ilə 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada dubla imza atıb. Beləliklə, o, Əli Daeinin milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna şərik çıxıb. Cənubi azərbaycanlı keçmiş oyunçu bu münasibətlə Ronaldunu təbrik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru