2021/22 mövsümündən səfər qolu qaydası ləğv olunub.
Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
Qeyd edilib ki, UEFA-nın bütün klub yarışlarında iki matçdakı qolların sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq və orada da tablodakı bərabərlik dəyişməsə, penaltilər seriyasına müraciət olunacaq.