Həbibin sabiq məşqçisi: “O, anasının xeyir-duasını almalıdır”

26-06-2021, 07:18           
Həbibin sabiq məşqçisi:
Həbib Nurməhəmmədovun məşqçisi olmuş Xavyer Mendes karyerasını başa vurmuş rusiyalı idmançının döyüşməkdən ötrü çox darıxdığını bildirib.

Məşqçinin fikirlərini “Cagesidepress” portalı dərc edib.

“Düşünürəm ki, Həbib yenidən döyüşmək istəyir. O, məşqlərdən, döyüşlərdən ötrü çox darıxır. Bizim münasibətlərimiz çoxdan məşqçi və tələbə çərçivəsindən kənara çıxıb. Biz bir ailə kimiyik, birlikdə böyüyüb inkişaf etmişik. Əmisi oğlu Abubakar döyüşəndə ​​bu hisslər üçün çox darıxdığını söylədi. Hiss edirəm ki, oktaqona çıxmazdan əvvəl yaşanılan adrenalin üçün darıxır. Gündəlik həyatda bu hissləri əvəz etmək çətindir”, - deyə X. Mendes vurğulayıb.

Dağıstanlı idmançının sabiq məşqçisi əlavə edib ki, Həbib anasına çox bağlıdır və onun sözləri idmançı üçün çox böyük əhəmiyyət daşıyır:

“O, anasının xeyir-duasını almalıdır. Onun idmana qayıdışı bunsuz mümkün deyil. Həbib anasının sözündən çıxmaz”.

Bizimlə əlaqə saxlayın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.