Tokio Olimpiadasının daha 19 iştirakçısında koronavirus AŞKARLANDI

23-07-2021, 08:16           
Tokio Olimpiadasının daha 19 iştirakçısında koronavirus AŞKARLANDI
Rəsmi açılış mərasimi bu gün baş tutacaq Tokio Olimpiadasının daha 19 iştirakçısında koronovirus qeyd alınıb.

Publika.az Oyunların təşkilat komitəsinə istinadla xəbər verir ki, onlardan üçü Atletlər kəndində yaşayan rezidentlərdir. Qeyd edilir ki, COVID-19 virusunun aşkar edildiyi şəxslərdən üçü əcnəbi idmançı, üçü əcnəbi jurnalist, 10-u Olimpiya nümayəndə heyətinin üzvü və daha üçü müqavilə ilə işləyən əməkdaşlardır.

Beləliklə, iyulun 23-dək olan məlumata görə Olimpiya Oyunları ilə birbaşa əlaqəli olan şəxslər arasında koronavirusa yoluxanların sayı ümumilikdə 110 nəfərə çatıb. Onlardan 56-sı Yaponiya sakini, 54-ü isə əcnəbidir. Həmçinin bildirilir ki, virusa yoluxanlar arasında 13 idmançı, 8 KİV nümayəndəsi və bir könüllü var. Onlardan yalnız 12-si Atletlər kəndə yaşayır.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Tokio Olimpiadası koronovirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb. Bu gün rəsmi açılış mərasimi keçiriləcək Olimpiya Oyunları avqustun 8-də başa çatacaq. Açılış mərasimində təqribən 950 nəfərin iştirak edəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru