Mahir Emreli "Legiya"nın yeni formalarını təqdim etdi - FOTO 23-07-2021, 20:23 Polşanın "Legiya" komandasının 2021/2022 mövsümündə istifadə edəcəyi oyun formaları təqdim olunub.Teref.az "Report"a istinadən xəbər verir ki, Varşava təmsilçisinin yeni geyim dəstlərini Azərbaycan millisinin hücumçusu Mahir Emreli təqdim edib.Qeyd edək ki, 24 yaşlı forvard "Legiya"nın heyətində meydana çıxdığı 4 rəsmi oyunda 3 qol vurub. Facebook-da paylaş