Tokio olimpiadasında daha 17 nəfər koronavirusa yoluxdu 24-07-2021, 08:04 Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb."Report"un məlumatına görə, son 24 saat ərzində daha 17 nəfərin testi müsbət çıxıb.Onlardan 14-ü olimpiadanın işçiləridir. Daha bir idmançı və yarışla əlaqəli iki nəfərdə infeksiya aşkarlanıb.Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq. Facebook-da paylaş