Azərbaycanlı idmançı: "Olimpiadadan medalsız qayıtmayacağıq"

24-07-2021, 17:29           
Azərbaycanlı idmançı: "Olimpiadadan medalsız qayıtmayacağıq"
İlk döyüş həmişə ağır olur. Çünki rinqə, abu havaya öyrəşmirik. Amma şükür qalıb gəldim. Azvision.az xəbər verir ki, bunu Tokio-2020 olimpiadasında 91 kq-dan yuxarı çəki dərəcəsində rəqibinə qalib gələrək 1/8 finala vəsiqə qazanan Məhəmməd Abdullayev deyib.

"Komandadan digər yoldaşlarımızın uduzması xoş olmadı. İstərdim ki, onlar da qalib gəlsin. İlk döyüşdə rəqibi tanısam da əvvəl onunla döyüşüm olmayıb. Növbəti raundda üzləşəcəyim özbəkistanlı Baxodir Jalolov güclü rəqibdir. Yarışdakı ən güclü rəqib, dünya çempionudur. İyunun 29-da onunla yarışacam".

M.Abdullayev medalsız qayıtmayacağını ümid etdiyini deyib.

Qeyd edək ki, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev rəqibi bruneyli Denis Latıpova qalib gələrək 1/8 finala vəsiqə qazanıb. Abdullayev növbəti raundda özbəkistanlı Baxodir Jalolovla üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru