Türkiyəli futbolçu üçün 30 milyon avro

25-07-2021, 00:05           
Türkiyəli futbolçu üçün 30 milyon avro
“Yuventus”un futbolçusu Merih Demiral “Atalanta”ya keçə bilər.

KONKRET.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub 23 yaşlı müdafiəçi üçün 25 milyon avro və bonus olaraq 5 milyon avro təklif edib. Turin təmsilçisi türk oyunçuya görə ən azı 35-40 milyon avro almaq istəyir. Gələn həftə klub nümayəndələrinin yeni görüş keçirəcəyi gözlənilir.

Qeyd edək ki, M.Demiral 2019-cu ildən “Yuventus”da oynayır. O, həmçinin Türkiyə millisinin üzvüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru