Qardaş və bacı eyni gündə Olimpiya çempionu oldular 25-07-2021, 16:59 Tokio-2020 Yay Olimpiya Oyunlarında maraqlı hadisə yaşanıb.Qol.az xəbər verir ki, bu gün yaponiyalı qardaş və bacı Olimpiya çempionu olublar.Kişi cüdoçuların yarışında 66 kq-da Hifumi Abe, qadın cüdoçuların mübarizəsində isə 52 kq-da Uta Abe qızıl medal qazanıb.Xatırladaq ki, sözügedən bacı-qardaş 2018-ci ildə Bakıda eyni gündə dünya çempionu olmuşdular. Facebook-da paylaş