ABŞ-ın 17 illik seriyası sona çatdı 26-07-2021, 12:07 Basketbol üzrə kişilərdən ibarət ABŞ yığması 17 il sonra Yay Olimpiya Oyunlarında məğlub olub.Fanat.Az xəbər verir ki, Tokio 2020-də A qrupunun ilk görüşü çərçivəsində Fransa ilə qarşılaşan 15 qat Olimpiya çempionları 76:83 hesabı ilə uduzub.Qeyd edək ki, ABŞ sonuncu dəfə Afina 2004-ün yarımfinalında Argentinaya yenilmişdi - 81:89. Facebook-da paylaş