Tokio-2020: Azərbaycanın daha 2 idmançısı mübarizəyə başlayır 27-07-2021, 07:01 Bu gün Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq."Report"un məlumatına görə, yarışın 4-cü günündə cüdoçu Murad Fətiyev və badmintonçu Edi Reski Dviçayo qüvvəsini sınayacaq.81 kq çəki dərəcəsində yer alan Fətiyev mübarizəyə 1/16 finaldan start verəcək. Onun rəqibi Frederik Harris (Sierra Leone) olacaq.L qrupunda qərarlaşan Dviçayo isə vyetnamlı Tyen Min Nquenlə qarşılaşacaq.Tokio-202027 iyulCüdo81 kq06:00 - 09:30. 1/16 final. Murad Fətiyev - Frederik Harris (Sierra Leone)BadmintonL qrupu05:00 - 10:30. Edi Reski Dviçayo - Frederik Harris (Sierra Leone)Qeyd edək ki, yarışın ilk 3 günündən sonra Azərbaycanın 16 idmançısı olimpiada ilə vidalaşıb. Facebook-da paylaş