İdarə etdiyi avtomobildə yanaraq həlak olan türkiyəli futbolçunun ölümü ətrafındakı müəmma davam edir - FOTO

28-09-2021, 08:41           
İdarə etdiyi avtomobildə yanaraq həlak olan türkiyəli futbolçunun ölümü ətrafındakı müəmma davam edir - FOTO
Türkiyədə idarə etdiyi avtomobildə yanaraq həlak olan 27 yaşlı futbolçunun ölümü ətrafında müəmmalı vəziyyət davam edir.

İki gün əvvəl Türkiyənin Samsun şəhərində idarə etdiyi avtomobildə yanaraq həyatını itirən 27 yaşlı futbolçu Burak Gündoğdunun ölümünün səbəbi hələ də açıqlanmır.

Qeyd olunur ki, transfer danışıqlarına yollanan futbolçu təqaüddə olan zabit atasının avtomobilində faciəvi şəkildə həlak olub.

Hadisə vaxtı ərazidə olan insanlar dərhal aidiyyəti qurumlara məlumat veriblər.

Burak Gündoğdunun cəsədi DNT testi üçün Samsun şəhər Tibb Şöbə Müdirliyinə göndərilib.

Lakin hadisədən artıq üç gün keçməsinə baxmayaraq, futbolçunun faciəvi ölümünün səbəbləri barədə ictimaiyyətə heç bir məlumat verilmir.oxu













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.