Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət kollektiv A qrupundakı 3-cü qarşılaşmasında Rusiya ilə qüvvəsini sınayıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb - 3,5:0,5.
Bu görüşdə yığmanın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova mübarizə aparıb.
Yığma günün ikinci qarşılaşmasında Fransanı sınağa çəkəcək.