Millimizin üzvü Çempionlar Liqasında debüt etdi

29-09-2021, 07:09           
Millimizin üzvü Çempionlar Liqasında debüt etdi
“Beşiktaş”da çıxış edən U-19 millimizin futbolçusu “qara qartallar”n əsas komandası ilə ilk oyuna çıxıb.

O, Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən “Ayaks”la matçda (0:2) iştirak edib. 18 yaşlı yarımmüdafiəçi 73-cü dəqiqədə Umut Meraşın əvəzinə meydana daxil olub.

Bununla da o həm “Beşiktaş”ın əsas komandasında, həm də ÇL-də debüt edib.

Qeyd edək ki, sözügedən görüşdə “Beşiktaş”ın 11 futbolçusu zədə səbəbindən heyətdə yer almayıb. Bu səbəbdən baş məşqçi Sergen Yalçın gənc oyunçulara şans verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.