ÇL: Madriddə fiasko, son dəqiqələrdə qələbəni əldən verən “Milan”

29-09-2021, 07:19           
ÇL: Madriddə fiasko, son dəqiqələrdə qələbəni əldən verən “Milan”
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Madridin “Real” klubu gözlənilmədən evdə Moldavanın “Şerif” klubuna 1:2 hesabı ilə məğlub olub.

“Şerif” heyətində Casur Yaxşiboev(25-ci dəqiqədə) və Sebastyan Till (89-cu dəqiqədə) rəqib qapısına yol tapıb.

Karlo Ançelottinin rəhbərlik etdiyi klubun heyətində isə Kərim Benzema penaltidən fərqlənib(65-ci dəqiqədə).

“Real Madrid” (İspaniya) – “Şerif” (Moldova) - 1:2

Qollar: Kərim Benzema, 64 (penalti) - Jasur Yaxşiboyev, 25, Sebastyen Till, 90


Xal durumu: “Şerif” - 6, “Real Madrid” - 3, “İnter” - 1, “Şaxtyor” - 1

Turun mərkəzi qarşılaşması A qrupunda baş tutub.

PSJ Fransada turnirin son finalçısı olmuş İngiltərənin "Mançester Siti" klubunu qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi Paris təmsilçisində ilk qolunu vurub.

PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə) - 2:0

Qollar: İdrissa Geye, 8, Lionel Messi, 74


Bu qrupun digər matçında Almaniya "Leyptsiq"i evdə Belçikanın "Brügge" komandasına uduzub - 1:2.

“Leyptsiq” (Almaniya) – “Brügge” (Belçika) - 1:2

Qollar: Kristofer Nkunku, 5 - Hans Vanaken, 22, Mats Rits, 41


Xal durumu: PSJ - 4, “Brügge” - 4, “Mançester Siti” - 3, “Leyptsiq” - 0.

Daha bir maraqlı görüş B qrupunda İtaliyanın "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında olub. Bu oyunda qonaqlar qalib gəliblər - 1:2.

“Milan” (İtaliya) – “Atletiko” (Madrid, İspaniya) - 1:2

Qollar: Rafael Leao, 20 - Antuan Qrizmann, 84, Luis Suares, 90+7 (penalti)

Qırmızı vərəqə: Frank Kessi, 31 (“Milan”)


“Borussiya” (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya) - 1:0

Qol: Doniyell Malen, 37


Xal durumu: “Ayaks” - 6, “Borussiya” - 6, “Beşiktaş” - 0, “Sportinq” - 0

İngiltərə "Liverpul"u isə Portuqaliyada "Portu"nun qapısından 5 top keçirib - 5:1.

“Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə) - 1:5

Qollar: Mehdi Taremi, 75 - Məhəmməd Salah, 18; 60, Sadio Mane, 45, Roberto Firmino, 77; 81


Xal durumu: “Liverpul” - 6, “Atletiko” - 4, “Portu” - 1, “Milan” - 0












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.