Şahmat yığmamız finala YÜKSƏLDİ

29-09-2021, 19:46           
Şahmat yığmamız finala YÜKSƏLDİ
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı sonuncu - 5-ci qarşılaşmasında İspaniyanı sınağa çəkib.

Oyun Azərbaycan şahmatçılarının 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrupda 4-cü yeri tutaraq, 1/4 final mərhələsinə vəsiqə qazanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.