Avropa çempionatı: Azərbaycanın 2 boksçusu finala yüksəlib

21-03-2022, 00:04           
Avropa çempionatı:
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycan millisinin iki üzvü finala yüksəlib.

"Report"un məlumatına görə, Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) həlledici görüşdə iştirak hüququna yiyələnib. Hüseynov yarımfinalda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma azərbaycanlı boksçunun qələbəsi ilə başa çatıb - 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29).

Qədirov isə yarımfinalda eyni hesabla - 3:2 (27:30, 28:29, 29:28, 29:28, 29:28) ukraynalı Elmir Nəbiyevə qalib gələrək, həlledici döyüşdə iştirak hüququ qazanıb.

Hər iki qalib boksçu həlledici döyüşə martın 23-də çıxacaq.

Əvəzində Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru