El-Klasiko: “Barselona” “Real”ı darmadağın edib - VİDEO

21-03-2022, 11:25           
El-Klasiko: “Barselona” “Real”ı darmadağın edib - VİDEO
İspaniya La Liqasında “Real” Madrid və “Barselona” komandaları arasında növbəti El-Klasiko keçirilib.

XXIX turun “Santyaqo Bernabeu” stadionunda baş tutan oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Qarşılaşmada hesabı 29-cu dəqiqədə Usman Dembelenin ötürməsi ilə Pyer-Emerik Obameyanq açıb. Otuz səkkizinci dəqiqədə Ronaldo Arauxo Dembelenin ötürməsi ilə “Barselona”nın hesabdakı üstünlüyünü artırıb: 2:0. Matçın 47-ci dəqiqəsində Ferran Torres Obameyanqın ötürməsini qola çevirib – 3:0. Lakin “Barsa” təmsilçiləri bunlarla yeknlaşmayıb – qarşılaşmanın 51-ci dəqiqəsində Pyer-Emerik Obameyanq dubl edərək hesabı 4:0-a çatdırıb.- 4:0.

“Real” – “Barselona” - 0:4

Qollar: Obameyanq, 29, 51, Arouxo, 38, Torres, 47

Qeyd edək ki, bu qələbə ilə xalını 54-ə çatdıran “Barselona" turnir cədvəlində 3-cü pilləyə yüksəlib. "Real" isə 66 xalla 1-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru