Mayk Tayson yeni döyüş üçün şərtini açıqladı

23-03-2022, 09:27           
Mayk Tayson yeni döyüş üçün şərtini açıqladı
Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson “YouTube” ulduzu və bloqer Ceyk Pol ilə döyüş üçün yeni şərt qoyub.

Tayson döyüş üçün qonorar olaraq bir milyard dollar istəyib. Eyni zamanda, 55 yaşlı eks-idmançı döyüşlə bağlı müqavilənin hələ imzalanmadığını qeyd edib.

Halbuki, yanvarın 18-də Taysonun 49 milyon dollara Pola qarşı rinqə çıxmağa hazır olduğu bildirilimişdi. Qeyd edilmişdi ki, artıq danışıqlar gedir, döyüşçülər arasında şifahi razılıq əldə olunub.

Pol bir sıra peşəkar idmançılarla boks döyüşləri sayəsində tanınır. Xüsusilə, o, Ben Askreni və iki dəfə - Tayron Vudlini məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru