DÇ-2022: Yaponiya və Səudiyyə Ərəbistanı final mərhələsinə vəsiqə qazanıb

24-03-2022, 16:05           
DÇ-2022:
Futbol üzrə Yaponiya millisi Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

"Report" xəbər verir ki, komanda buna seçmə mərhələnin IX turunda səfərdə Avstraliyanı 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Beləliklə, xallarının sayını 21-ə çatdıran yığma sona bir tur qalmış ən azı ikinci pilləni təmin edib.

Bu nəticə Səudiyyə Ərəbistanı komandasının da final mərhələsində iştirakına imkan yaradıb. Hazırda 8 oyundan sonra 19 xalla ikinci pillədə qərarlaşan ərəb ölkəsi 15 xala malik Avstraliya üçün əlçatmaz olub.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək. İndiyədək Yaponiya və Səudiyyə Ərəbistanı seçmələri ilə yanaşı, Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina, İran və Cənubi Koreya da final mərhələsinə vəsiqə əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru