Messidən də baha: “Bavariya” 13 yaşlı futbolçunu transfer edir

25-03-2022, 08:56           
Messidən də baha:
Almaniyanın “Bavariya” futbol klubu transfer bazarında “bomba” partlatmağa hazırlaşır. Məlumata görə, Münhen klubu 13 yaşlı Mayk Uizdomla 300 min avroluq müqavilə imzalamaq niyyətindədir.

M.Uizdom Borussiyanın “Mönhenqladbax” komandasının yetirməsidir.

Qeyd edək ki, baş tutacağı halda bu razılaşma bu yaşda futbolçular arasında ən bahalı təkliflərdən biri ola bilər. Məsələn, İspaniyanın “Barselona” klubu argentinalı hücumçusu Lionel Messi 13 yaşında olarkən ona illik 120 min avro ödənişli müqavilə təklif etmiş və 2001-ci ilin martında razılaşma (ildə 100 milyon peset) imzalanmışdı.

Mənbə: tz.de












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru