Rusiyanın əlindən alınan Avropa çempionatının yeni ev sahibi bilinib

26-03-2022, 00:04           
Rusiyanın əlindən alınan Avropa çempionatının yeni ev sahibi bilinib
Ev sahibliyi Rusiyanın paytaxtı Moskvanın əlindən alınan karate üzrə Avropa çempionatının keçirilmə yeri bəlli olub.

Teref.az-ın yazdığına görə, Oxu.Az xəbər verir ki, yarışın Ümumdünya Karate Federasiyası və Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosun vətəni İspaniyada keçirilməsinə qərar verilib. Bu qərar bu ilin mayın Türkiyənin Qaziantep şəhərində keçiriləcək Avropa Karate Federasiyasının (EKF) Konqressində təsdiq olunacaq.

Beləliklə, 58-ci Avropa çempionatı 2023-cü ilin 24-26 mart tarixlərində İspaniyanın Qvadalaxara şəhərində keçiriləcək. Bununla da İspaniyada 4-cü, Qvadalaxarada 2-ci dəfə qitə birinciliyi baş tutacaq. Belə ki, Avropanın mötəbər yarışı 2005 və 2012-ci illərdə İspaniyanın Tenerife, 2019-cu ildə isə Qvadalaxara şəhərində təşkil olunub.

Xatırladaq ki, martın 3-də EKF-in İcraiyyə Komitəsinin iclası keçirilib. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun da iştirak etdiyi iclasda Ukrayna münaqişəsi ilə bağlı 2023-cü ildəki Avropa çempionatının ev sahibliyinin Rusiyanın əlindən alınmasına qərar verilib.

Qeyd edək ki, 57-ci Avropa çempionatı bu il Türkiyənin Qaziantep şəhərində keçiriləcək. Həmin yarış 25-29 may tarixlərində baş tutacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.