Eriksen ürəktutmasından sonra Danimarka yığmasındakı ilk matçında qol vurdu - VİDEO

27-03-2022, 11:08           
Eriksen ürəktutmasından sonra Danimarka yığmasındakı ilk matçında qol vurdu - VİDEO
Danimarka millisinin futbolçusu Kristian Eriksen yaşıl meydanlara qayıdışından sonra ilk qolunu vurub.

30 yaşlı yarımmüdafiəçi səfərdə Niderlanda 2:4 hesabı ilə uduzduqları yoldaşlıq görüşünün 47-ci dəqiqəsində fərqlənib.


Qarşılaşma Amsterdamdakı "Yohan Kroyf Arena"da oynanılıb. Eriksenin peşəkar futbolçu kimi ilk klubu ev oyunlarını bu stadionda keçirən "Ayaks" olub.

Oyundan sonra verdiyi açıqlamada o, Niderlandda özünü arzulanan qonaq kimi hiss etdiyini bildirib: "Əvvəllər burada çox oynamışam. Buna görə də azarkeşlər məni tanıyırlar. Bu gün çox isti qarşılandım. Xoş haldır ki, top mənə gəldi və hücumu qolla tamamlaya bildim. Beynəlxalq futbola belə qayıdış mənim üçün idealdır. Qətərdəki dünya çempionatında oynamaq imkanımı səbirsizliklə gözləyirəm. Amma irəlidə çoxlu matç var və mən onlara köklənmişəm".

Eriksen 12 iyun 2021-ci ildə Finlandiyaya qarşı Avropa çempionatının oyunu zamanı infarkt keçirib. Huşunu itirərək, yerə yıxılan futbolçunu həyata qaytarmaq üçün həkimlər 9 dəqiqə səy göstəriblər. Onun ürəyinə kordioverter-defibrillyator qoyulub. Belə vəziyyətdə İtaliyada oynamaq qadağan edildiyindən, "İnter" Eriksenlə müqaviləni pozmalı olub. Danimarkalı oyunçu qışda İngiltərə "Brentford"u ilə anlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru