"Kral qayıtdı!"

28-03-2022, 00:03           
"Kral qayıtdı!"
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo komanda yoldaşı Pepenin məşqləri bərpa etməsinə reaksiya verib.

Qol.az xəbər verir ki, 39 yaşlı müdafiəçi koronavirus səbəbindən DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Türkiyə ilə matçı (3:1) buraxıb. Lakin Pepe bu gündən ümumi qrupda finalda keçiriləcək Şimali Makedoniya ilə oyuna hazırlaşmağa başlayıb.

"A Bola" nəşri yazıb ki, Ronaldo Pepe meydana girən kimi "Kral qayıtdı!" deyə qışqırıb.

Qeyd edək ki, martın 29-u keçiriləcək Portuqaliya - Şimali Makedoniya görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru